Cümə , 27 Dekabr 2024
Drone Cameras

Rus əsgərinin ayaq səsi gəlir: Kreml daha bir ölkədə hakimiyyət dəyişikliyinə gedir

Qırğızıstanda seçki kampaniyasına start verilir.

Boyukmillet.com xəbər verir ki, ekspertlər Rusiyanın bu ölkədəki seçkilərə də təsir edərək Kremlə daha yaxın olan və mövcud siyasi xətti davam etdirəcək namizəd üzərində seçim edəcəyi qənaətindədir. 

Ən demokratik ölkədə xəbərdarlıq…

Hazırda Qırğızıstan Orta Asiyada ən demokratik ölkə hesab edilir. Ölkədəki rəngili inqilab Almazbek Atambayevi hakimiyyətə gətirib. Atambayev Konstitusiyanın ona imkan verdiyi qədər ölkəyə rəhbərlik etdi və artıq ikinci dəfə seçilməsi mümkün deyil. Bu yaxınlarda Rusiyaya səfər edən Atambayevin bu səfəri vida mərasimi kimi xarakterizə edildi.
Qırğızıstanda seçki oktyabrın ortalarına təyin edilib. Seçkidə rəqabətin gərgin olacağı gözlənilir. Bununla belə Atambayev vəd edib ki, hakimiyyət inqilabı dəyişiklik olmadan, dinc yolla ötürüləcək. Hətta ölkədə vəziyyəti gərginləşdirməyə çalışanlara xəbərdarlıq da edib: “Hara lazımdırsa, göndərərik”. 

Varisin adı açıqlanıb

Həmçinin Atambayev öz varisinin də adını açıqlayıb, ondan bu açıqlamanı çoxdan gözləyirdilər. 

Daha doğrusu, hakim Sosial-Demokrat Partiyasının rəhbəri kimi Atambayev seçkidə öz namizədi ilə iştirak etmək niyyətini dilə gətirib. Varisin adı hazırki baş nazir Soronbay Jeenbekovdur.

Qırğızıstanda bu adam barəsində “nə ətdir, nə balıq” deyirlər. Onun Atanbayev kimi xarizması olmasa da, Atambatev kimi dəstəyi var. Bu, çox böyük uğur deməkdir. Atambayevin arxasında qorunan baş nazir beləlikə həm də onun hakimiyyətdə təsir imkanlarını qoruyub saxlamasına xidmət edəcək. 

Pullu müxalifət də var

Bununla belə ölkədə müxaliflər də var. Onlardan biri keçmiş baş nazir Temir Sariyevdir. O, həm siyasətdə, həm də iqtisadiyyatda tanınmış şəxsdir. Omurbek Babanov da namizədlər arasındadır. O, Qırğızıstanın ən varlı adamıdır. Gənc biznesmen Bakıt Torobayev də iddialı görünür. O,  hakimiyyəti kəskin tənqid edən çıxışları ilə də tanınır. Bütün namizədləri birləşdirən ortaq cəhət isə maliyyə imkanlarıdır. Onlar seçki üçün kiminsə puluna ehtiyac hiss etmirlər, öz pulları kifayət qədərdir. Üstəlik unutmaq olmaz ki, Qırğızıstan öz regionunun ən demokratik ölkəsi hesab edilsə də Şərqə məxsus bəzi düşüncələr burda da qorunub saxlanır. 

Klanların savaşı

Bu ölkədə də klanlar çox şeyi həll edir. Ölkə hazırda 2 klana ayrılıb: Şimal və cənib regionları bir-biri ilə daim gizli mübarizə aparır və hər bir regionu dəstəkləyən klanların mübarizəsində pul çox şeyi həll edir.

Prezidentliyə iddialı baş nazir cənub klanını təmsil edir. Ancaq şimaldan eyni nəticəni gözləmək olmaz. O və qardaşı barədə müxtəlif şayiələr gəzir, xüsusilə Qətər və Sudiyyə Ərəbistanının mənafeyini qoruduqları, ölkədə lobbiçiliklə məşğul olduqları deyilir. Bu ölkədə isə ərəbləri o qədər də sevmirlər.  Toronbayev də cənub klanının nümayəndəsidir. Babanov və Sariyev isə şimal klanını təmsil edir. Görünən odur ki, Qırğızıstan seçkisində təkcə şəxslər yox, həm də bölgələr yarışacaq.

Rus əsgərinin ayaq səsi

Rusiyanın Qırğızıstandakı seçkiyə münasibətinə gəlincə, indiki prezidentin möveyi burda əsasdır. Atambayev Putinlə son 1 ildə 4, hakimiyyətdə olduğu 6 ildə isə 20 dəfə görüşüb. İki ölkə arasındakı müqavilələr çoxdur. Rusiyadan 200 milyon dollar dəyərində borc alınması gündəmdədir. Qırğızıstan bu ölkədəki rus hərbi bazasının statusunu da artıq təsdiqləyib. Deməli, hələ uzun müddət bu ökədə rus əsgərinin ayaq səsi eşidiləcək. 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir