Boyukmillet.com Stimulxəbər.az-a istinadən xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun əməlləri barədə müxtəlif səpgili məlumatlar daxil olmaqdadır.Məlumatların içərisində diqqətimizi çəkən məqam,DTX tərəfindən həbs edilən Eldar Həsənovun müdafiəsi məqsədilə yeni təşkilatın yaranması istiqamətində işlərin aparılması barədə səhih informasiyalar oldu.Daxil olan informasiyalardan qeyd olunur ki,Hikmət Cavadov Ukraynada Eldar Həsənovun hüquqlarının müdafiəsi istiqamətində geniş miqyaslı işlərə start verib.Belə ki,H.Cavadov regionçuluq kimi təhlükəli taktikadan istifadə edərək Ukraynada və ona yaxın ölkələrdə yaşayan,əslən Qarabağdan olan insanlara ismarıc göndərərək hamını Eldar Həsənovun müdafiəsi uğrunda təşkilatlanma və birləşməyə çağırıb.O,bunun üçün Azərbaycandakı və xaricdəki qüvvələrdən tapşırıq aldığını bildirib.H.Cavadov hətta,kriminal qruplaşmaların nümayəndələrini bu işlərə cəlb edib.Bu çağırışa qoşulanlar içərisində AXC hakimiyyəti illərində Qarabağ regionunda müxtəlif vəzifələrdə(icra başçısı,hüquq mühafizə orqanları əməkdaşları və biznesmenlər) və digər şəxslərə rast gəlmək olar.
H.Cavadovun digər əməlləri barədə araşdırmalarımız davam edir.Yaxın müddətdə araşdırmalarımızın nəticələri ilə tanış olacaqsınız.
Qarşı tərəflərin cavab haqqını tanıyırıq.
Ardı var….
Check Also
İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb
“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …