Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Ermənilər Tovuzun kəndlərini atəşə tutdu- MÜDAFİƏ NAZİRLİYİ

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 37 dəfə pozub.

Boyukmillrt.com Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Check Also

“Paşa Holdinq” sığorta bazarının 70 faizdən çoxunu ələ keçirib

2025-ci ilin yanvar-oktyabr aylarında sığorta bazarının təxminən 70 faizi “Pasha Holdinq”in nəzarətində cəmləşib. Azərbaycan Mərkəzi …