Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Türkiyə Hərbi Hava Qüvvələri 6 yunan qırıcısını ələ keçirdi

Türkiyə Aralıq dənizi üzərində Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus altı F-16 qırıcısını ələ keçirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Avqustun 27-də Yunanıstana məxsus altı F-16 təyyarəsi Kritdən Kipr Respublikasına doğru yola çıxaraq, Türkiyənin beynəlxalq NAVTEX bildiriş verdiyi bölgəyə yaxınlaşıb. F-16 qırıcılarımız onların bu bölgəyə yaxınlaşmalarının qarşısını aldı və bölgəni tərk etməyə məcbur etdi” – deyə məlumatda bildirilir.

Müdafiə Nazirliyi əlavə edib ki, Türkiyə Silahlı Qüvvələri Şərqi Aralıq dənizində ölkənin hüquq və mənafelərini qorumağa davam edəcək.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …