Şənbə , 28 Mart 2026
Drone Cameras

Cəlilabadda meşədə yanğın oldu

Cəlilabad rayonunda meşə ərazisində yanğın baş verib. 

Boyukmillet.com-un məlumatına görə, yanğın hadisəsi rayonun Fətullaqışlaq kəndi yaxınlığında yerləşən meşə ərazisində qeydə alınıb.

Yanğın nəticəsində 0,3 hektar sahədə quru ot və qurumuş ağac kötükləri yanıb. 

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilməklə söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …