Bazar ertəsi , 23 Noyabr 2026
Drone Cameras

Baş Nazirdən ÜST-ə kəskin xəbərdarlıq: “Ağzınızı yumun, sakit dayanın”

Çexiyanın Baş naziri Andrey Babiş Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tənqid edib.

Boyukmillet.com xəbər verir ki, o bu barədə “Twitter”də yazıb.

Praqda testlərin aparılması və nəzarətin azaldılması ilə bağlı ÜST-ün Çexiyadakı Nümayəndəliyinin tənqidinə münasibət bildirən Baş nazir Babiş: “ÜST-ün açıqlamasını oxudum. Üz maskalarını taxmağı tövsiyə etməyən də və pandemiya olduğunu bilməyən də elə həmin ÜST idi. Fikrimcə, onlar ağızlarını yumub sakit dayanmalıdırlar.

Vəziyyəti nəzarətdə saxlaya bilmədiyimizi yazaraq bizi həmişə tənqid edən Çex mediası üçün: Avropada bir milyon əhaliyə düşən ölüm statistikalarını sizin üçün paylaşıram. Həqiqətən biz çox yaxşı iş görürük”.

Check Also

İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var

İrandan güclü təsiredici dərmanları qaçaqmalçılıq yolu ilə gətirərək “Vidal” aptekdə narkotik asılılığı olan şəxslərə qanunsuz …