Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 102-ci ildönümü münasibətilə Bakı Türk şəhidliyi ziyarət ediblər.
Boyukmillet.com xəbər verir ki, ziyarət əsnasında abidələr qarşısına qızılgül çələngi qoyulub, qərənfillər düzülüb və şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Qeyd olunub ki, 2001-ci ildən başlayaraq hər ilin Bakının işğaldan azad olunması münasibətilə ilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi Türkiyənin Azərbaycandakı Səfirliyi ilə birgə silsilə tədbirlər, elmi praktik konfranslar, rəsm sərgiləri, jurnalistlər arasında müsabiqə, idman yarışları ,və s. keçirir.
Bildirilib ki, pandemiya şəraitinə görə bu ilki konfrans və rəsm sərgisi də online şəkildə təşkil ediləcək. Konfransda Azərbaycan və Türkiyənin ehtiyatda olan generalları, qazilər, millət vəkilləri, Qeyri-Hökumət Təşkilatlarının sədrləri, qəzet baş redaktorları, jurnalistlər də iştirak edəcəklər.