Bazar , 22 Noyabr 2026
Drone Cameras

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin sənədlər və müraciətlərlə iş departamentinin müdiri vəzifəsinə təyinat olub.


Boyukmillet.com xəbər verir ki, bu vəzifəyə Elşən Allahverdiyev layiq görülüb.


Qeyd edək ki, E.Allahverdiyev əvvəllər Dayanıqlı və Operativ Sosial Təminat (DOST)Agentliyinin Vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri, Maliyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi, “Caspian Development Bank” və “Günay Bank” ASC-lərdə Marketinq və İctimaiyyətlə əlaqələr departamentlərinin direktoru, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC-də baş redaktor vəzifələrində çalışıb.


Ayna Fərhad

Check Also

Prokuror müxalifətçi hüquqşünas Namizəd Səfərova 8 il həbs cəzası istəyib

Həbsdə olan hüquqşünas Namizəd Səfərovun işi üzrə məhkəmə istintaqı başa çatıb, dövlət ittihamçısı onun 8 …