Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Özbəkistan əcnəbi turistlər üçün sərhədləri açır

Özbəkistan hökuməti karantin tədbirlərinin mərhələli şəkildə yumşaldılması çərçivəsində oktyabr ayının 1-dən etibarən əcnəbi turistlər üçün sərhədləri açacaq.

Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti yanında Operativ Qərargahının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, turoperatorlara əcnəbi turistlər ikihəftəlik karantin keçmədən 15 nəfərədək qrup halında turlar təşkil etməyə icazə veriləcək. Amma turizm agentlikləri müştərilərinin COVID-19 testindən keçməsini, eləcə də xəstəlik risklərini ödəmək üçün müvafiq sığortanı təmin etməlidirlər.

Özbəkistan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxma hallarının sayı 49 385-dir, 411 xəstə isə infeksiyadan ölüb.

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …