Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Millət vəkili Ağdaş rayonuna səfər etdi

89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev 17 sentyabr 2020- ci il tarixində Ağdaş rayonuna səfər etdi.
İlk öncə Ağdaş rayonu Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin abidəsi üzərinə tər qərənfillər düzərək, ruhunu ehtiramla yad edib.

Sonra deputat təmsil etdiyi ərazidə yerləşən rayonun Cardam kənd tam orta məktəbində məktəbə ilk qədəm qoyan birincilərlə görüşdü. Bilik günü münasibətilə 1-ci sinif şagirdlərini təbrik edən M.Əfəndiyev balaca fidanlara hədiyyələr təqdim edərək, arzu və diləklərini ifadə etdi. Millət vəkili çıxışında Ulu Öndərin və onun layiqli davamçısı Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əiliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın inkişaf edən Azərbaycanın dayanıqlı təhsil sisteminə verdiyi əməli töhfələrdən danışan M. Əfəndiyev keçmişdə olan təhsil ocaqlarının acınacaqlı vəziyyəti barədə xatırlatma verdi.

Çıxışında yeni tədris ilinin başlanması ilə əlaqədar Covid-19 koronavirusla mübarizədə karantin rejiminin qaydalarına əməl olunmaqla tədris prosesi, qarşıda duran vəzifələr, görüləcək işlərə dair müəllim kollektivi ilə fikir mübadiləsi apararaq onlara uğurlar dilədi. Müəllim və şagirdlər səmimi görüşə və təbrikə görə millət vəkilinə öz minnətdarlıqlarını bildirdilər.
Daha sonra məktəbin həyətində oyun meydançasının olmaması barədə kənd sakinlərinin müraciətinə əsasən millət vəkili seçicilərlə birlikdə əraziyə baxış keçirdi. Bu gün təhsillə bərabər sağlamlığın, o cümlədən bədən tərbiyə, idman fənninin eyni tərzdə tətbiq olunmasının zəruriliyini vurğulayan M.Əfəndiyev ölkəmizdə təhsilə qayğı və diqqətin ən yüksək səviyyədə olduğunu, bu sahədə həyata keçirilən islahatların, baş verən hər bir hadisənin ilk növbədə Azərbaycanın xoşbəxt və davamlı gələcəyinə hesablandığını qeyd etdi. Respublikamızın hər yerində, o cümlədən ucqar kəndlərində Heydər Əliyev Fondu tərəfindən inşa olunan təhsil ocaqlarının istifadəyə verilməsi yüksək qiymətləndirildi. Bu gün aparılan uğurlu siyasət olduğumuz kəndin timsalında təhsil ocaqlarının müasir tələblərə cavab verməsini, savadlı kadrların yetişməsini, ölkəmiz üçün layiqli vətəndaşların hazırlanmasını təmin edir. Sevindirici haldır ki, 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə 600- dən yüksək bal toplayaraq ali məktəblərə qəbul olan 12 məzunumuz var. İnanırıq ki, bundan sonra da məktəblərimizin məzunları dövlətimizə və dövlətçiliyimizə xidmət edərək Azərbaycançılıq ideyalarının həyata keçməsinə çalışacaqlar.
Sonda millət vəkili təhsil müəssisələrinin ərazisində oyun meydançalarının yaradılmasının vacibliyini bir daha vurğulayaraq tədris olunan fənlərin sırasında bədən tərbiyəsinin keçirilməsini, hərbi hazırlıq fənninin aşılanmasının rolunu qeyd etdi. Edilən müraciətin əsasında görülməsi nəzərdə tutulan işlərin layihələndirilməsi ilə bağlı deputat tərəfindən bir sıra vacib məsələlərə toxunuldu və bu istiqamətdə bəzi tövsiyyələr də diqqətə çatdırıldı.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …