Bazar , 8 Fevral 2026
Drone Cameras

“Sən Türkiyə boyda ölkəyə necə iddia qaldıra bilərsən?…” – İlham Əliyev

“Ermənistan regional sabitlik üçün təhdiddir. Ermənistan Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb. Bu, onların konstitusiyasında öz əksini tapıb, təsbit edilib. Ermənistan indi Sevr müqaviləsini canlandırmaq istəyir”.

Boyukmillet.com xəbər verir ki,bu fikirləri bu gün  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziyalara müsahibəsində bildirib.

Prezident Ermənistanın Türkiyəyə qarşı əsassız ərazi iddialarını gülünc adlandırıb: “Sən səfalət içində, özü də özünə aid olmayan yerlərdə dövlət qurmuş balaca bir ölkə Türkiyə boyda ölkəyə necə iddia qaldıra bilərsən, onu necə ittiham edə bilərsən?! Sən heç olmasa öz potensialına da bax, Türkiyənin potensialına da bax”.

“Bizim Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Ulu öndər Heydər Əliyev demişkən, “bir millət, iki dövlət” prinsipi əsasında, bütün məsələlərdə bir yerdəyik. Hər bir məsələdə bir-birimizin yanındayıq” – deyə, İ.Əliyev bildirib.

Check Also

Müəllimin güllələndiyi liseyin direktoru vəzifədən uzaqlaşdırıldı

Bakıda yerləşən “İdrak” liseyində baş verən və müəllimin güllələnməsi ilə nəticələnən hadisədən sonra təhsil müəssisəsinin …