Cümə , 22 Noyabr 2024
Drone Cameras

Çexiyanın səhiyyə naziri koronavirusa görə istefa verib

Çexiyanın səhiyyə naziri Adam Voytex ölkədə koronavirusa yoluxanların sayının artması fonunda istefaya getdiyini açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, “Ciddi düşündükdən sonra səhiyyə naziri vəzifəsindən istefaya getmək barədə qərar qəbul etdim”, – o, jurnalistlərə deyib.

Nazir bununla koronavirusun yayılmasının qarşısının alınmasına dair yeni həll yolları tapılması istədiyini söyləyib. A.Voytex vurğulayıb ki, qərarı barədə artıq baş nazir Andrey Babişə məlumat verib.

Qeyd edək ki, son həftələrdə Çexiyada koronavirusa yoluxanların sayı kəskin artıb. Sentyabrın 17-də yeni xəstələrin sayı 3 130-a çatıb ki, bu da Mərkəzi Avropa ölkələri arasında ən yüksək göstəricidir. Ölkənin bir çox siyasətçiləri, xüsusilə də müxalifətçilər Səhiyyə Nazirliyinin pandemiyaya qarşı mübarizədə vacib qərarlar qəbul etməkdə gecikdiyini düşünürlər.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …