Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində Azərbaycanın neft sənayesinin inkişafı ilə bağlı mühüm məsələlərə toxunub. “Prezident İlham Əliyev bütün çıxışlarında Azərbaycan tarixinə, xalqımızın keçdiyi yola diqqətlə nəzər salır, bu yolda xidmətləri olan şəxsləri ehtiramla yad edir. Çünki cənab Prezident vətənpərvər bir azərbaycanlı və tariximizin mükəmməl bilicisidir”.
Bu sözləri mediyaya açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib. Cəsarət Hüseynzadə ölkə başçısının öz çıxışında müstəqillik dövrünə qədər çıxarılan neftin Azərbaycan xalqının maraqlarına xidmət etmədiyini və bu məhsuldan gələn gəlirdən keçmiş SSRİ-nin bütün respublikalarının yararlandığını qeyd edib.”Cənab prezident eyni zamanda çıxışda xüsusilə bildiridi ki, Azərbaycan neft maqnatlarının, xüsusilə Hacı Zeynalabdin Tağıyevin, Muxtarovun, Əsədullayevin əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf etmələri xatırlanmalıdır. Bildiyimiz kimi, sovet dövründə bu xeyriyyəçi insanlara münasibət çox mənfi olmuşdur. Ölkə başçısı bu fikirləri ilə milli dəyərlərə ehtiram göstərilməsinin vacibliyini bir daha göstərdi. Həmin dövrün xeyriyyəçilərinin Azərbaycanda təhsilin inkişafına, ziyalı təbəqəsinin formalaşmasına çox böyük tövhəsi olmuşdur. O vaxt azərbaycanlı tələbələr məhz bu xeyriyyəçilərin maddi dəstəyilə təhsil ala bilmişlər.Cənab Prezident dövlət xadimi Əziz Əliyevin təhsil alması ilə bağlı məqama diqqəti çəkməklə bir çox mətləblərə aydınlıq gətirir: “Mənim babam Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində kasıb ailədə doğulmuş və oxumaq istəyirdi. Ancaq oxumaq üçün pulu yox idi. O vaxt o, Hacı Zeynalabdin Tağıyevə məktub ünvanlamışdı və xahiş etmişdi ki, ona maddi kömək göstərsin. O, həkim olmaq istəyirdi. Təbii ki, Tağıyev onu tanımırdı, ancaq bir vətənpərvər, xeyirxah insan kimi ona pul göndərdi və o pul hesabına Əziz Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasına daxil oldu, orada oxudu, gözəl həkim, görkəmli dövlət xadimi oldu””. QHT sədri bildirib ki, sadəcə bir məktubla Tağıyev bir alimin, ziyalının, dövlət xadimin yetişməsinə dəstəyini göstərir: “Əlbəttə ki, bu nümunələr yüzlərlədir. Bu nümunələr hər bir azərbaycanlı üçün örnək olmalıdır. Cənab prezident bu xeyirxah işləri hörmətlə yad etməklə yanaşı çox gözəl vurğulayır ki, xeyriyyəçilər bütün vətəndaşlara kömək edə bilməzdilər. Eyni zamanda Bakının neft maqnatları arasında ermənilərin də olmasını qeyd edib və bildirib ki Azərbaycanda qazanılan pullar bir çox hallarda Azərbaycan xalqının maraqlarına zidd işlərə yönəldilib.Ölkə başçısı bu faktları bildirməklə müstəqiliyimizin ölkə vətəndaşlarının rifahına müsbət təsirini, eyni zamanda neft amilinin ölkəmizin inkişafında mühüm rol oynadığını qeyd etmişdir. Çünki bu gün Azərbaycan nefti və digər təbii resurslar Azərbaycan xalqının milli maraqlarına xidmət edir. Eyni zamanda ölkənin təbii resursları kortəbii formada istifadə edilmir. Neft gəlirlərinin bir hissəsi qorunur və gələcək nəsillərin və Azərbaycanın inkişafı üçün ehtiyat mənbə kimi saxlanılır”. C. Hüseynzadə təbii resurslardan gələn gəlirlərin digər hissəsi isə düzgün idarə olunduğunu , ölkənin abdadlaşdırılması, infrastrukturun təzələnməsi, xalqın rifahının yüksəldilməsi və ordunun gücləndirilməsi üçün istifadə olunduğunu xüsusi vurğulayır: “Ölkə başçısının da qeyd etdiyi kimi Davos Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdəyik. Müstəqillik dövründə 3700 məktəb tikilib və təmir edilib. 700-dən çox xəstəxana tikilib və ən müasir avadanlıqla təchiz edilib. Ölkəmiz kosmik dövlətə çevrilib.Cənab prezidentin bəzi siyasi hoqqabazların “bəlkə də qaytardılar” xülyasına da tutarlı cavabı oldu və bu cavab kimlərinsə ətəyindən yapışan 5-ci kolon nümayəndələrinin qulaqlarında sırğa olmalıdır: “Əgər kimsə hansısa nostalgiyaya görə keçmiş dövrləri məhəbbətlə xatırlayırsa, biz o adamlara tutarlı cavablar verməliyik. Müstəqilliyə qarşı çıxan və onu aşağılamağa çalışan hər bir fərd dövlətimizə xəyanət edir.”Fikrimcə bu sözlər bir daha hər birimiz üçün dövlətimiz əleyhinə mübarizə aparan şəxsləri ifşa etməyə, onların fəaliyyətini ciddi təftiş etməyə əsas verməlidir”.