Cümə , 22 Noyabr 2024
Drone Cameras

BMT tribunasından Azərbaycanın dünyaya mesajı – “Bizim bir şərtimiz var”

Prezident İlham Əliyev çıxışında konkret olaraq dedi ki, sizin 7 şərtiniz var, lakin bizim bir şərtimiz var. Dəfələrlə dediyimiz kimi, o şərt də ondan ibarətdir ki, qeyd-şərtsiz, sözsüz bizim torpaqlar geri qaytarılmalıdır”.

Bunu açıqlamasında Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasındakı çıxışını şərh edərkən Milli Məclisin deputatı, professor Rüfət Quliyev deyib.

O bildirib ki, Prezidentin bu çıxışı ilə artıq bütün dünya ictimaiyyəti Ermənistanın işğalçılıq siyasətini tam başa düşdü:

“Hətta deyərdim, elə ölkələr vardı ki, bunlar artıq hər şeyi dərk etdilər. Bildilər ki, Ermənistanın işğalçılıq siyasəti davam edir və hər gün daha da aktivləşir. Lakin BMT də, Avropa da – bütün dünya Qarabağ ərazisini Azərbaycan torpaqları kimi tanıyıb. Buna baxmayaraq, ATƏT-in Minsk Qrupunun praktiki heç bir nəticəsi yoxdur. Nəticəsizliyi də Prezident qeyd elədi. Beynəlxalq qurumlar daha ciddi addımlar atmalıdırlar, Ermənistana qarşı daha ciddi şərtlər qoyulmalıdır. Mən deyərdim, işğalçı dövlətə qarşı sanksiyalar tətbiq etməlidirlər. Niyə münaqişənin həlli istiqamətində addımlar atılmır? Bu, böyük sualdır. Cənab Prezident həmişə qeyd edir, mən də istinadla vurğulayıram ki, ikili standartlar var. Bunun bariz nümunəsi də bu konfliktdir”.

Rüfət Quliyev

Rüfət Quliyev

Deputatın sözlərinə görə, Prezident çıxışı ilə mövqeyini açıq bildirdi ki, işğalçılar şərtsiz bizim torpaqları qaytarmalıdırlar:

“Mənə elə gəlir ki, istər xarici siyasətimizdə, istər qonşu ölkələrlə münasibətlərdə, istər beynəlxalq qurumlarla əlaqələrdə mövqeyimiz tam bəlli oldu. Bu siyasətin qarşısı alınmalıdır, bizim torpaqlar qaytarılmalıdır. Bizim mövqe dünyada günbəgün güclənir, bunu görməmək mümkün deyil. Azərbaycan Prezidenti də qeyd edib ki, biz məsələnin sülh yolu ilə həll edilməsini istəyirik. Bununla əlaqədar çalışacağıq ki, münaqişə sülh yolu ilə həll olunsun. Əminəm ki, Azərbaycan öz iqtisadi gücündən istifadə edərək Qarabağda da yüksək iqtisadi artım nümayiş etdirəcək, inkişaf gedəcək. Biz qeyd eləmişik, əgər Ermənistan bizim bu formadakı şərtlərlə razılaşsa, biz Ermənistanı böyük layihələrə qatacağıq. Bütün məsələləri sülh yolu ilə həll etməyə çalışacağıq. Lakin vurğulayım ki, Azərbaycan Ordusu çox güclüdür. İngiltərə saytları da yazır ki, Azərbaycan Ordusu Ermənistan ordusundan dörd dəfə güclü, qüdrətlidir. Bizim ordumuz 21-ci əsrin ordusu olduğu halda, Ermənistanın ordusu keçən əsrin 90-cı illərinin ordusudur. Prezident dedi ki, gəlin təkbətək qalaq, yəni Ermənistana müəyyən qüvvələr kömək etməsin, onda görün necə olacaq”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …