Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Erməni-PKK hərbi birləşmələrinə qarşı Dağlıq Qarabağda əməliyyat qaçılmazdır.”

 Son günlər Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları fonunda daha mühüm mövzulardan biri də Azərbaycanın işğal altında olan ərazilərdə terror qruplarının yerləşdirilməsidir.Xüsusi ilə PKK terrror təşkilatının burada daha çox yer alması diqqət çəkir.

Məsələ ilə bağlı İctimai-Siyasi Prosesler Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəllinin Boyukmillet.com-a açıqlamasını təqdim edirik.

“İlk öncə onu qeyd edim ki, ermənilərin və mövcud Ermənistan dövlətinin terror qruplaşmaları ilə birgə əməkdaşlığı və  terror fəaliyyətlərində bir başa iştirakları yüz ildən artıq tarixi faktlara dayanır. Bu gündə Azərbaycanın işğal olunmuş ərazilərində Livan erməniləri adı altında ASALA və PKK terror qruplarının üzvlərinin yerləşdirilməsi ilə bağlı ciddi məlumatlar yayılmaqdadır. Artıq Ermənistan Azərbaycan və Türkiyəyə qarşı PKK terror təşkilatı ilə işbirliyi içərisində olduğu məlumdur. Türkiyənin nüfuzlu “Cümhuriyyət qəzeti” PKK-nın xüsusi təyinatlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsinə gətirildiyinə dair məlumat yayıb. PKK terrorçularının  ermənilərə hərbi təlimlər keçdiyini və hücuma hazırlaşdıqları haqqında informasiyalar həmin qəzetdə yer alıb.

Bu ilin iyul ayında ermənilərin Tovuz hücumundan sonra PKK yaraqlılarının Dağlıq Qarabağ bölgəsinə intensiv olaraq gətirilməkdədir. Bu o deməkdir ki,biz qarşıda erməni-PKK hərbi birləşmələri ilə vuruşmalı olacağıq. Suriyada və İraqda mövcud olan PKK qruplaşmalarından daha bir neçəsinin Dağlıq Qarabağ bölgəsinə yerləşdirilməsi nəzərdə tutulur. Belə görsənir ki, Ermənistan ordusu ilə PKK terror qruplaşması arasında artıq inteqrasiya prosesi həyata keçirilməkdədir. Digər məlumatlara əsasən Rusiya və Qazağıstanda yaşayan Ermənistan əsirli kürdlərin tanınmış simaları ilə PKK nümayəndələri görüşlər keçiriblər.Həmin kürdlərin Dağlıq Qarabağ ərazisinə gətirilməsi ilə bağlı söhbətlər aparılıb.Onlara PKK terror təşkilatından müəyyən vədlər verilib.Lakin hələki o, sadə kürd camaatının erməni PKK hiyləsinə inandıra bildikləri məlum deyil. İşğalçı Ermənistanın PKK ilə iş birliyi təhlükəli həddə çatmaqdadır.Dağlıq Qarabağ bölgəsi terror təşkilatının düşərgəsinə çevrilmək üzrədir. Bütün bu faktlar Ermənistan dövlətinin terrorla bağlı mahiyyətini bir daha çılpaqlığı ilə ortaya qoymuşdur. Bu cür gedişat Azərbaycan və Türkiyənin Qarabağda  antiterror əməliyyatının keçirməsini qaçılmaz edir.”

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …