Sentyabrın 27-sində Ermənistanın növbəti təxribatından sonra Azərbaycan ordusu əks hücum əməliyyatına başlamışdır.Ölkəmizdə hərbi vəziyyət elan olunmuş, Ali Baş Komandan İlham Əliyev tərəfindən qismən səfərbərliklə bağlı əmr verilmişdir.
Növbəti erməni təxribatının qarşısının alınması,dinc sakinlərimizin təhlükəzisliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilən əməliyyatlar haqqında Dünya Azərbaycanlıları Konqresinin Avropa rəhbəri Ağaevli Əli Hacı Boyukmillet.com-a öz fikirlərini bölüşüb. O , dünyada yaşayan həmyerlilərimizi o cümlədən Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvülərini və fəallarını Ermənistanın son təxribatları ilə bağlı dünya ictimaiyyətinin yaxından məlumatlandırılması işində fəal olmağa çağırıb.
Xarici ölkələrdə hökümət və qeyri hökümət təşkilatlarına baş verənlərlə bağlı doğru informasiyanı çatdırmaq dünya ictimaiyyətinin baxışlarını Azərbaycan Respublikasının ərazi bütövlüyünə və erməni işğalına yönəldirilməsinin vacibliyini Əli Hacı bildirib.
Boyukmillet.com
Sima Babayeva