Cümə , 27 Dekabr 2024
Drone Cameras

Ermənistandakı əsir türk qadınlarını qurtarın! – Niderland Avrasiya Fondundan çağırış

Niderland Avrasiya Fondu 1992-ci ildə başlayan Azərbaycan-Ermənistan müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülən 2700 qarabağlı Azərbaycan türk qadınının qurtarılması üçün fəaliyyətə başlayıb. Fondun rəhbəri Fatma Aktaş əsir qadınların azad olunması ilə bağlı mövzunu gündəmə gətirmək üçün beynəlxalq ictimaiyyətə çağırış edib.

Boyukmillet.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ictimaiyyətə ünvanlanmış çağırışda bildirilir ki, rus orsusunun da dəstəyi ilə erməni separatçı qüvvələrin əzəli Azərbaycan torpağı olan Qarabağı Ermənistanla birləşdirmək və Qarabağdakı türkləri bölgədən təmizləmək üçün başlatdıqları işğal 1994-ci ildə imzalanan atəşkəslə sona çatdırılıb. Erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 20 min adam öldürülüb 50 minə yaxın insan isə şikəst olub. Bir milyondan çox insan doğulduğu, yaşadığı torpaqlardan qoparılaraq köçkün vəziyyətinə düşüb.

“Bu işğal müddəti ərzində 4 mindən çox adam girov və əsir olaraq Erməni silahlı qüvvələrinin əlində insanlıqdan kənar işgəncələrə məruz qalıb, bu girov və əsirlərdən yalnız 1370 adamın qaytarılması təmin edilib. Xüsusilə Xocalıda dünyanın gözü qarşısında mülki əhaliyə qarşı yaşadığımız əsrin ən sarsıdıcı soyqırımı baş verib. 2700 qarabağlı türk qadını, gənc və uşaq Ermənistanın işğlçı qüvvələri tərəfindən əsir götürülüb. Bölgəyə gedən beynəlxalq təşkilatların müşahidə və hesabatları, mətbuatda nəşr olunanlar əsasında əsir və girovların insanlıqdan kənar işgəncələrlə yaşadıqları məlumdur”, – deyə çağırışda bildirilir.

Mənbə qeyd edir ki, 1992-ci ildə Beynəlxalq Qızıl Xaç Təşkilatı tərəfindən qeydiyyata alınan girovların az qala hamısı bu gün ermənilər tərəfindən inkar edilir. Fond belə bir qeyri-insani cinayəti törədənlərlə bağlı bütün məlumat və sənədləri bir daha gündəmə gətirmək, dünya ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək niyyətindədir.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir