Cümə , 27 Dekabr 2024
Drone Cameras

Etibar Əliyev: “İnsanların güzəranını nəzərə almadan təhsil haqlarını qaldırırlar”

Firudin Cəlilov: “Tələbələr üçün kredit üsulu tətbiq edilsə, heç kim təhsildən kənarda qalmaz”

Hər il sırf maddi çətinliyə görə təhsildən kənarda qalan kifayət qədər tələbə adını qazanmış gənclər olur. 662 bal toplayan Zərdab rayonunun Yarməmmədbağı kənd sakini Aytən Şirinova kimi. Tələbənin qalmağa yeri, kirayə ev tutmağa imkanı və kitab-dəftər almağa pulu olmadığına görə o, təhsildən kənarda qala bilər. Təəssüf ki, Aytən kimi uşaqlar çoxdur. Onlar ali məktəbə qəbul olsalar da, hansısa bir rayondan, kənddən gəlib Bakıda yerləşmək, kirayə ev tutmaq, yemək, geyim, dəftərpulu problemini ailələr qarşılaya bilmədiyi üçün oxumaqdan imtina etmək məcburiyyətində qalırlar.

Bu isə Azərbaycanın gələcək savadlı kadrlarının, bir növ gələcəyinin yavaş-yavaş itirilməsi deməkdir. Bir çox ölkələrdə bu cür imkansız ailələrin övladlarının oxuması üçün dövlət müxtəlif tədbirlər planı hazırlayır, onlara güzəştlər edilir. Ötən il Azərbaycanda da imkansız uşaqların oxuması üçün tələbə kreditləri layihəsi təklif edilsə də, həyata keçirilmədi. İndi ailələri bir sual düşündürür; övladımı təhsil almağa göndərmək üçün haradan pul tapa bilərəm?

Mütəxəssislər hesab edir ki, dövlət bu cür imkanı zəif olan uşaqların oxumasını təmin etmək üçün müəyyən tədbirlər həyata keçirməlidir. Əks təqdirdə, təhsildən kənarda qalan gənclərin sayı ilbəil artacaq.

Maraqlıdır, maddi imkanı aşağı olan uşaqların təhsildən kənarda qalmaması üçün dövlət hansı tədbirlər görə bilər?

Картинки по запросу etibar əliyev

“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev təhsilin əlçatan olması üçün bütün dünyada bir sıra tədbirlər həyata keçirildiyini, ancaq təəssüf ki, Azərbaycanda belə bir təşəbbüs olmadığını bildirdi: “Bütün dünyada təhsilin əlçatan olması üçün bir sıra tədbirlər həyata keçirilir.

Artıq ”Pul-təhsildir” paradiqması ayaq tutub yeriməyə başlayıb. Yəni pulun varsa, oxuya bilərsən. Bizim maarifçi, vətənpərvər özəl orta məktəb sahibləri 5-10 istedadlı kasıb uşağa kvota ayırmırlar, bu faciədir. Varlıları oxudurlar. Türkiyədə imtahanda bal göstəricisinə görə ilk 2000 nəfərə yüksək səviyyədə aylıq təqaüd verilir. Təhsilin bütün pillələrində şagirdlərin və tələbələrin maddi sıxıntılarının aradan qaldırılması üçün hökumət səviyyəsində tədbirlər həyata keçirilməlidir. İnsanların güzəranını öyrənməmiş təhsil haqlarını ya qaldırır, ya da sabit olaraq saxlayırlar. Varlı şəxslər bir an özlərini kasıbların yerinə qoysunlar. Övladları ödənişli təhsilə düşüb. Lakin təhsil haqqını ödəyə bilmədiklərinə görə ali təhsil almaqdan məhrum olurlar. Təəssüflər olsun ki, bu hissləri yaşayan çox az adam tapıla bilər. Azərbaycan ali təhsil sistemi Boloniya Bəyannaməsinə qoşulub. Bu bəyannaməyə üzv olan ölkələrin böyük əksəriyyətində tələbələrə təhsillərini davam etdirmək üçün çox kiçik faizli həm də uzunmüddətli kreditlər verirlər. Çox təəssüflər olsun ki, bizdə yaradılan “Maarifçi” Tələbə Kredit Fondu layihəsi özünü doğrultmadı. Söhbət layihə müəlliflərinin peşəkarlığından getmir. Söhbət bu təşkilata lazımınca dəstək verilməməsindən gedir”.

E.Əliyev maddiyyat məsələsinin gənclərin istəklərinin önündə çəpər olduğunu dedi: “Biz elə bir tarixi şəraitdə yaşayırıq ki, artıq ali məktəblərə ödənişli daxil olan tələbələrin maddi durumu təhlil olunmalıdır. Tələbələrin yaşayış xərcləri, onların geyimi, yeməyi və başqa xərclərini də nəzərə alsaq, kasıb təbəqə, necə deyərlər, uşaq oxuda bilməz. Maddiyyat məsələsi bizim gənclərin istəklərinin qarşısına çəpər çəkir. Bu da onların təhsil hüquqlarının pozulmasına gətirib çıxarır. Bunun arxasınca psixoloji sarsıntılar gəlir.

İndi siz təsəvvür edin:

Türkiyədə dövlət universitetlərinin hamısında çox cüzi ”katqi payı” ödəməklə tələbələr pulsuz təhsil alırlar. Hətta xaricilər üçün təhsil haqqı da azdır. Məsələn, Haceptepe və İstanbul Universitetlərində xaricilər üçün təhsil haqqı 1000 manatdan aşağıdır. Məşhur Gülhanə Tibb fakültəsində təhsil haqqı bizim pulla 300 manatdır. Bu, Azərbaycan Tibb Universitetinin təhsil haqqından təxminən 10 dəfə azdır. Marmara Universitetinin Tibb fakültəsinin alimləri ciddi bir elmi kəşfə imza atdılar. Əlbəttə ki, pulsuz təhsilin hesabına”.

Картинки по запросу Firudin Cəlilov

Sabiq təhsil naziri Firudin Cəlilov bildirdi ki, tələbə krediti vasitəsilə bu cür problemləri aradan qaldırmaq olar: “İnkişaf etmiş ölkələrdə tələbələr gedib kredit götürürlər. Həmin tələbələr institutu qurtarana qədər həmin kreditlə bütün xərclərini ödəyə bilir. Ev tutubsa kirayə pulunu, kitab alıbsa onun pulunu və s. İnstitutu bitirdikdən sonra isə o krediti qaytarmağa başlayır. Tələbə dövlətdən borc alır və təhsilini davam etdirir. Bizdə o sistemi qurmaq üçün mütəxəssislər işləməlidir. Kredit üsulu tətbiq edilsə, heç kim təhsildən kənarda qalmaz”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir