Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Pakistanın Baş nazirindən ölkəmizə açıq dəstək: “Bütün silahlarımız qardaş Azərbaycanın sərəncamındadır”

Pakistanın Baş naziri İmran Xan Azərbaycana növbəti dəfə dəstək açıqlaması ilə çıxış edib. 

Boyukmillet.com xəbər verir ki, Baş nazir qardaş Azərbaycanın Qarabağ uğrunda apardığı haqlı davasında daim yanında olduğunu bəyan edib. 

İmran Xan Azərbaycan ilə işğalçı Ermənistan arasında aparılan müharibəyə üçünçü ölkələri müdaxilə etməməyə çağırıb:

“İşğalçı Ermənistana dəstək verən qonşu dövlətlər Azərbaycanın apardığı əməliyyatlara müdaxilə etməkdən çəkinsinlər. Bu, ilk növbədə regionda sülhün bərqərara olması üçün vacibdir. Dost Azərbaycan xalqı və dövləti bizim etibarlı müttəfiqimizdir. Əgər qardaş Azərbaycan dövləti bizdən hərbi dəstək istəsə, Pakistan Ordusunun bütün silahları qardaş ölkənin sərəncamındadır”.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …