Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Bill Qeyts koronavirus üzərində son qələbə şərtini açıqladı

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts bəşəriyyətin COVID-19 infeksiyası üzərində son qələbə şərtini açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə o, NBC telekanalının efirində bildirib.

Milyarderin sözlərinə görə, COVID-19-un yayılmasına əlçatan və güclü peyvənd son qoyacaq. 

“İnsanların normal həyata qayıdışı üçün yeganə yol super effektivli və əlçatan vaksinin alınmasıdır”, – Qeyts bildirib.

“Microsoft”un banisi hesab edir ki, kütləvi vaksinləmə koronavirus infeksiyasının yayılmasına və xəstəliyə dünya miqyasında son qoymağa imkan verəcək.

Daha əvvəl Qeyts koronavirus pandemiyasının 2022-ci ildə bitə biləcəyini söyləyib. O, bunun COVID-19-a qarşı peyvəndlərin 2021-ci ildə istifadəsinə başlanılması ilə şərtləndirib. Milyarderin fikrincə, peyvəndləri yoxsul ölkələr üçün əl çatan etmək zəruridir. 

“Bu peyvəndlər bizə milyonlarla insanın həyatını xilas etməyə imkan verəcək. Onlar həmçinin bizə dünyada COVID-19-u tam məhv etməyə gətirib çıxaracaq plan hazırlamağa imkan yaradacaq”, – “Microsoft” şirkətinin banisi qeyd edib.

Bill Qeyts əlavə edib ki, bu hədəflərə nail olmaq üçün peyvəndlərin milyardlarla dozada istehsalını təşkil etmək lazımdır. Bundan başqa, peyvəndlərin alınmasını və dünya üzrə çatdırılması sisteminin hazırlanmasını da maliyyələşdirmək lazımdır.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …