Əfqanıstanın şimalındakı Sari-Pul əyalətində terror aktı törədilib.
Bu barədə Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hadisə zamanı 10 hərbi qulluqçu və 3 dinc sakin həlak olub. Sari-Pul əyalətinin polisi bildirib ki, Suzma Kale rayonunda terrorçular partlayıcı qurğunu hərbi avtomobil karvanının keçdiyi yola quraşdırıblar. Partlayış nəticəsində həmçinin daha 3 hərbi qulluqçu yaralanıb.
Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.
Hakimiyyət orqanları terror aktının arxasında “Taliban” hərəkatının dayandığını güman edirlər.