Şənbə , 23 Noyabr 2024
Drone Cameras

ŞANLI AZƏRBAYCAN ORDUSU QARABAĞDA TARİX YAZIR

27 sentyabr 2020-ci il tarixdə erməni silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təxribatının qarşısı hər zaman olduğu kimi alınsa da, artıq səbri tükənmiş ordumuz bu dəfə hər zamankından fərqli olaraq, bu quldur zehniyyətli düşmən ordusunu torpaqlarımızdan tamamilə qovub çıxarmağa başlamışdır. Hər dəfə belə təxribatlardan sonra cavablarını alaraq qınlarına çəkilən, eyni zamanda xaricdəki havadarlarını vasitəçi edərək Azərbaycan ordusunun dayandırılmasına alışmış erməni dəstələri bu dəfə yanıldıqlarını anladılar və çaşqınlıq içində döyüş postlarını tərk edərək qaçmağa üz qoyublar. Və qaçarkən də öz xislətlərindən əl çəkmir, gah sərhədyanı bölgələrimizi atəşə tutur, gah da beynəlxalq aləmə saxta məlumatlar ötürməklə imdad diləyirlər. Lakin bu dəfə onların xaricdəki havadarları da köməklərinə çata bilmir. Çünki artıq Azərbaycan həqiqətləri lazımi səviyyədə dünyaya çatdırırlır. Son günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əl-Cəzirə” kanalına, həmçinin Türkiyənin, Rusiyanın nüfuzlu mediya nümayəndələrinə verdiyi müsahibələrdə konkret faktlarla ermənilərin feyk xəbərlərini tamamilə alt-üst etməsi bunun ən gözəl sübutudur.

Prezidentin xalqa müraciəti zamanı söylədiyi hər bir söz, hər bir cümlə insanlarımızın qəlbini riqqətə gətirmiş və qələbəyə olan inamı daha da artırmışdır. Bu inamdır Azərbaycan igidlərini düşmən qarşısında sarsılmaz edən, 2006-cı ilin Aprel döyüşlərindən başlanan qəhrəmanlıq salnaməsini yenidən yazdıran.

Bəli, bu gün şanlı Azərbaycan ordusu Qarabağımızda tarix yazır. Elə bir tarix ki, uğruna fəda olan müqəddəs şəhid ruhlarının nigarançılığına son qoyacaq, o tarix ki, atalarını, övladlarını, qardaşlarını, ərlərini bu yolda qurban verərək yanan ürəklərə su səpəcək və o tarix ki, dünyanı ikili standartlarla idarə etməyə çalışan “böyük güclərə” ilahi ədalətin necə təcəlli etdiyini göstərəcək.

Zeynəb Quliyeva

Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …