Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

İran ordusunda şok: Əsgər generalı güllələdi – 4 ölü, 8 yaralı

İranın paytaxtı Tehranda bir əsgər generalı güllələyib.

Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxtdan cənubda yerləşən hərbi aviasiya qüvvələri komandanlağına məxsus Kəhrizək atəş meydançasında baş verib.

Əsgərin açdığı atəş nəticəsində bir nəfər general olmaqla, 5 hərbçi ölüb, 8 əsgər yaralanıb. İlkin ehtimala görə, atəş açan əsgərin silahı onun nəzarətindən çıxıb, yaxud hadisə onun qəzəblənməsi nəticəsində baş verib.

“Mehr” xəbər agentliyinə müsahibə verən Kəhrizək mahal Məclisinin sədri Məhəmməd Haşimi isə hadisənin Sistan-Bəlucistandan olan əsgərin silahlı hücumu ilə meydana gəldiyini deyib.

Qeyd edək ki, iyul ayında Qəzvin əyalətindəki hərbi hissədə bir əsgərin atəş açması nəticəsində 3 əsgər ölüb, 5 hərbçi yaralanmışdı.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir