Çərşənbə axşamı , 10 Fevral 2026
Drone Cameras

MN: “Ermənistanın yaydığı yalanların məqsədi öz xalqını sakitləşdirməkdir”

“Hərbi qurumun nümayəndəsi hər gün mətbuat qarşısına həqiqəti əks etdirməyən məlumatlar və itkilər haqqında yalan statistikalarla çıxmağa məcburdur. Onun məqsədi cəbhədə böyük itkilərə məruz qalaraq bir-birinin ardından yaşayış məntəqələrimizi qoyub qaçan Ermənistan silahlı qüvvələrinin uğursuzluqlarını ört-basdır etmək, öz xalqını sakitləşdirmək və eyni zamanda bu təxribat xarakterli məlumatlarla dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Bir daha rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfindən fərqli olaraq, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir”, – deyə xəbərdə bildirilir.

Check Also

ABŞ Ukraynaya hərbi texnika üçün ehtiyat hissələri göndərəcək

ABŞ Dövlət Departamenti Ukraynaya hərbi texnika üçün təxminən 185 milyon dollarlıq ehtiyat hissələrinin tədarükü ilə …