Bazar , 22 Noyabr 2026
Drone Cameras

Hikmət Hacıyev: “Ermənistanın ballistik raketi məhv edilib, xeyli insanın həyatı xilas olunub”

“Ermənistan tərəfindən növbəti dəfə qəsdən planlaşdırılan və məqsədyönlü insan fəlakətinin qarşısı alındı”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.

“Ermənistanın atışa hazır olan ballistik raketi Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunun sərhəd zonasında start mövqeyində məhv edilib. Xeyli dinc sakinin həyatı xilas olunub”, – deyə Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.

Check Also

Prokuror müxalifətçi hüquqşünas Namizəd Səfərova 8 il həbs cəzası istəyib

Həbsdə olan hüquqşünas Namizəd Səfərovun işi üzrə məhkəmə istintaqı başa çatıb, dövlət ittihamçısı onun 8 …