Bazar , 22 Noyabr 2026
Drone Cameras

Türkiyə ordusu İraqda PKK terrorçularını zərərsizləşdirib

Türkiyənin Milli Müdafiə Nazirliyi İraqda terrorçuların zərərsizləşdirildiyini bildirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkədəki hesabında məlumat verilir.

Qeyd edilir ki, İraqın şimalındakı Hakurk bölgəsində antiterror əməliyyatı keçirilib. Əməliyyat zamanı 5 terrorçu məhv edilib. Silahlıların daha əvvəl terror əməliyyatına hazırlaşdıqları bildirilir.

Məlumata görə, PKK silahlıları Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib.

Check Also

İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var

İrandan güclü təsiredici dərmanları qaçaqmalçılıq yolu ilə gətirərək “Vidal” aptekdə narkotik asılılığı olan şəxslərə qanunsuz …