Drone Cameras

Afaq Bəşirqızı üçün özəl gün – VİDEO

Bu gün Azərbaycanın Xalq artisti, sevimli sənətkarımız Afaq Bəşirqızının ad günüdür.

 

Afaq Bəşir qızı Bakı şəhərində anadan olub. 1974-1979-cu illərdə İncəsənət Universitetində təhsil alıb. Aktyorluq fəaliyyətinə 1973-ci ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək tamaşaçıların dərin rəğbətini qazanıb.

1975-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə başlayıb. Əsasən komik rolların ifaçısı kimi daha da püxtələşən Afaq Bəşir qızı Səfərova, Sumqayıt teatrında klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək şöhrət qazanıb. Onun «Bəxt üzüyü» tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, tutumuna, yüksək bədii keyfiyyətlərinə görə nümunədir. Eyniadlı filmin xalq tərəfindən sevilməsində də aktrisanın xidmətləri böyükdür. 1989-cu ildə Afaq Bəşirqızı Musiqili Komediya Teatrına dəvət alıb.

Bu illər ərzində o, S. Ələsgərov, İ. Məlikzadə “Subaylarınızdan görəsiniz” əsərində Səməni, Ü. Hacıbəyli “O olmasın, bu olsun”da Sənəm, “Ər və arvad”da Minnət , E. Sabitoğlu, T. Vəliyeva “Bankir adaxlı”da Nisə, C. Quliyev, Q. Rəsulov “Məhəbbət oyunu”nda Səltənət, C. Quliyev “İtğin ər”də Məleykə, R. Mustafayev, C. Məmmədov “Məsmə xala dayımdır”da Məsmə, S. Fərəcov, Ə. Nesin “Şəhərdə manyak var”da Qəmzə xanım, C. Quliyev, Ə. Əmirli “Yeddi məhbusə anası”nda Zalxa, F.Sücəddinov, T.Vəliyeva “Mən dəyərəm min cavana”da Güldəstə, V. Dolidze, A. Saqarelli, “Xanuma”da Xanuma, S. Kərimi, Ə. Ol “Kimyagər”də Kimyagər və s. tamaşalarda baş və əsas rolları ifa edərək bir-birindən maraqlı obrazlar yaratmağa nail olub. A. Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib. Bunlardan «Bəxt üzüyü», «Evləri köndələn yar», «Yaşıl eynəkli adam», «Nekroloq» və.s. adlarını qeyd etmək olar. Yaradıcılığının ən müdrik çağlarını yaşayan Afaq xanım Bəşirqızı bu gün də fəal yaradıcılıq axtarışındadır. O, uzun illərdir ki, Mədəniyyət və İncəsənət Universitetində pedoqoq kimi çalışır.

A. Bəşirqızı, 1989-cu ildə «Əməkdar artist», 1993-cü ildə «Xalq artisti» fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə «Qızıl Dərviş» mükafatına layiq görülüb. Prezident mükafatçısıdır. 2013-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub.

“Boyukmillet” ailəsi olaraq əziz Afaq xanımı doğum günü münasibətilə təbrik edir, ona ulu Tanrıdan uzun ömür, möhkəm cansağlığı, hər zaman səhnədə, onu sevən xalqının qarşısında olmağı arzu edirik!

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir