Bazar , 29 Dekabr 2024
Drone Cameras

“Cümhuriyyət tariximizin əbədiləşdirilməsi üçün hələ çox iş görülməlidir”

Sabir Rüstəmxanlı: “Milli hökumət tariximizin öyrənilməsi üçün görülən işlər təqdirəlayiqdir”

Gələn il Azərbaycan Demokratik Cümhuriyyətinin 100-cü ildönümüdür. Maraqlıdır, Cümhuriyyət tariximiz yetərincə araşdırılıbmı? 

Boyukmillet.com -a açıqlama verən sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bu istiqamətdə xeyli iş görüldüyünü təsdiqlədi:

“Bu yöndə xeyli iş görülüb. Cümhuriyyət parlamentinin teleqramları çap edilib. 5-6 cildlik kitab çap edilib ki, orada parlamentin, hökumətin sənədləri toplanıb. Solmaz xanımın Quba, Şamaxı, Bakı qırğınları ilə bağlı kitabları çap edilib. Bunlar son dərəcə mühüm işlərdir. Bunlar iki illik milli hökumətin fəaliyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. 

Şübhəsiz ki, o dövr mürəkkəb bir dövr idi. Bu səbəbdən də o tarixin bütövlükdə öyrənilməsi və əbədiləşdirilməsi üçün hələ çox iş görülməlidir”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir