Cümə , 27 Dekabr 2024
Drone Cameras

“Turan”ı bağlaya bilərlər” – Mehman Əliyev danışdı

Mehman Əliyev rəhbəri olduğu agentlikdəki vergi yoxlamasından danışdı

“Cinayət işi çərçivəsində yoxlama gedir”.

Bu haqda musavat.com-a açıqlamasında hazırda ofisində yoxlama prosesi aparılan “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev məlumat verib.

Onun sözlərinə görə, “Turan”a qarşı külli miqdarda vergidən yayınma ittihamı irəli sürülüb və bu çərçivədə hazırda yoxlama prosesi gedir:“İttiham var ki, külli miqdarda vergidən yayınmışıq. Avtomatik olaraq yoxlama başlanılır. Azərbaycanda bu proseslərin necə getdiyini hamımız bilirik. Nəticəni də təxmin etmək çətin deyil. “Turan”ı bağlaya bilərlər. Təbii ki, bu proses qanunazidd hərəkətlər nəticəsində baş verə bilər”.

Müsahibimiz “Turan”ın, eləcə də rəhbəri olduğu rusdilli saytın – contact.az-ın son dönəmlərə aid hansısa yazısı, xəbəri əsasında bu təzyiqin başlanma ehtimalını isə qəbul etmədi. M.Əliyev bildirdi ki, ümumiyyətlə, ölkədə azad mətbuat adına heç nə qalmayıb: “Hər kəsi, hər şeyi nəzarət altına götürürlər. İndi isə, nəzarəti tam ələ keçirmək istəyirlər. Öncə sənədləri yığıb aparacaqlar, sonra da… Davamı hər zamankı kimi olacaq. Azərbaycanda onsuz da belədir. Öncə cinayət işi açırlar, sonra yoxlama, sənədlərin təftişi gedir”.

M.Əliyev hazırda “Turan”da iş prosesinin davam etdiyini dedi: “Biz də işləyirik, onlar da… Biz xəbər hazırlayırıq, onlar sənədləri yoxlayırlar”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir