Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyə ordusu Suriyada terrorçuları zərərsizləşdirdi

Türkiyənin xüsusi təyinatlıları Suriyanın şimalında PKK-nın bu ölkədəki qolu YPG-nin bir neçə terrorçusunu məhv edib.

Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, YPG silahlıları “Barış pınarı” əməliyyatnın keçirildiyi zonaya keçməyə cəhd göstərirmiş. Bu zaman Türkiyə xüsusi təyinatlıları YPG-nin 3 terrorçusunu zərərsizləşdirib.

Xatırladaq ki, PKK terrorçuları 1984-cü ildən 2020-ci ilin martına qədər Türkiyədə bir sıra terror aktları həyata keçiriblər. Bu qruplaşmanın törətdiyi terror aktları nəticəsində ölkədə təhlükəsizlik orqanlarının 7 500 əməkdaşı, habelə 6 800 dinc sakin həlak olub.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …