Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Ermənistan rəhbərliyinin uşaq öldürmək siyasəti davam edir – Hikmət Hacıyev

Ermənistan rəhbərliyinin uşaq öldürmək siyasəti davam edir. Baki-xeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb.

O bildirib ki, həlak olanlar arasında azyaşlı uşaq da var: “Ermənistan rəhbərliyinin uşaq öldürmək siyasəti davam edir”.

H.Hacıyev əlavə edib ki, Ermənistanın Bərdə rayonuna endirdiyi zərbə nəticəsində yanğın başlayıb. Yanğınsöndürənlər yanğının qarşısının alınması üçün mübarizə aparır.

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …