Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Bakıda səfirlik avtomobilindən özbaşınalıq

Bakıda Bolqarıstan səfirliyinə məxsus avtomobil dəfələrlə qayda pozuntusuna yol verib.

Boyukmillet.com xəbər verir ki, qısa müddət ərzində bir neçə dəfə təhlükəli manevr edərək, yol-hərəkəti qaydalarını pozan 031 D 001 seriyalı qırmızı dövlət nömrə nişanlı diplomatik korpusa məxsus avtomobil təhlükəli vəziyyətlərə səbəb olub.

Görüntülərdən də aydın olduğu kimi, avtomobil işıqforun qadağanedici qırmızı işığında hərəkət edir, daha sonra isə hərəkətin qadağan olunduğu yola əks istiqamətlə daxil olur.

Qanunsuz hərəkətlərini bununla da bitirməyən sürücü avtomobili elə yolun əks istiqamətində də saxlayaraq düşüb gedir.

Hadisə şahidləri bildirir ki, sürücü manevr edən zaman xüsusi səs siqnalını da qoşub.

Görünən odur ki, bir neçə dəqiqə ərzində dəfələrlə yol-hərəkəti qaydalarını pozan avtomobili idarə edən şəxsin daimi sürücülük tərzi belədir.

Check Also

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına …