Cümə , 22 Noyabr 2024
Drone Cameras

Həlledici həftə: “Paşinyan erməni ordusunu yox etmək istəyir, çünki…” – Şok

“Ermənistan hakimiyyəti erməni əsgər və zabitlərinin sonadək qırılması üçün müharibənin uzadılmasına çalışırlar”.

Boyukmillet.com xəbər verir ki, bunu ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Təşkilat rəhbəri Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı son duruma diqqət çəkib:

“Dünən Türkiyəni Xarici İşlər naziri Mövlud Çavuşoğlunun böyük nümayəndə heyəti ilə Bakı səfərindən də bəlli oldu ki, bu həftə Qarabağ üçün həm hərbi, həm də siyasi cəhətdən həlledicidir. Çünki bu həftə ərzində cəbhədə tam və qəti qələbənin çalınması və gavur qonşularımızın diplomatik müstəvidə məğlub edilməsi gözlənilir.

Məsələ budur ki, Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyinin mənasız inadkarlığı nəticəsində ermənilərin itkiləri artıq həndəsi silsilə ilə artır. Elə ona görə də ermənilər üç gündür ki, canlı qüvvə itkiləri barədə əvvəllər verdiyi rəsmi açıqlamaları da dayandırıb. Çünki son günlər Qırmızıbazar ətrafında yarım mühasirəyə düşən ermənilərin artıq qaçmağa da yeri qalmadığından saysız-hesabsız itkilər verirlər. Qorunmaq üçün mövcud olan bunkerləri, səngərləri və istehkamları da Azərbaycan ordusunun ardıcıl və sistemli zərbələri ilə sıradan çıxarılır, onları Müdafiə Nazirliyinin hər gün bir neçə dəfə açıqladığı video-süjetlərdən də görmək mümkündür.

Bütün bunlara rəğmən erməni hərbi-siyasi rəhbərliyinin inadkarlıq etməsi yalnız belə şərh oluna bilər. Görünür ki, Emənistandakı hazırki hakimiyyət məğlub ordunun əsgər və zabitlərinin geriyə sağ və narazı qayıtmasında maraqlı deyil. Məhz ona görə də erməni əsgər və zabitlərinin sonadək qırılması üçün müharibənin uzadılmasına çalışırlar”.

Qubad İbadoğlu qeyd edib ki, Azərbaycan ordusu Gorus-Laçın-Şuşa-Xankəndi yolunu bilərəkdən açıq saxlamaqla erməni hərbiçilərinin Qarabağı tərk etməsinə şərait yaradır, Laçın yolunu indiyədək açıq saxlayır və geri dönənlərə maneə törətmir:

“Göründüyü kimi, Paşinyanın yeganə çıxış yolu təslim olmaqdır. Əks təqdirdə yalnız Qarabağı deyil, Ermənistanı da itirə bilər. Yekunda onu demək istəyirəm ki, gözlədiyimiz bütün xoş xəbərləri bu həftə eşidəcəyik”. 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …