Şənbə , 13 Dekabr 2025
Drone Cameras

“Ermənistan və Azərbaycan rəhbərləri arasında görüş barədə danışmaq hələ tezdir” – Rusiya XİN

“Ermənistan və Azərbaycan rəhbərləri arasında görüşün təşkili barədə danışmaq hələ tezdir”.

Boyukmillet.com “əl-Cəzirə”yə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Onun sözlərinə görə, “indi ekspert səviyyəsində, ilk növbədə ATƏT-in Minsk qrupundakı həmsədrlik çərçivəsində danışıqlar aparılır”.

Nazir müavininin sözlərinə görə, Rusiya münaqişənin hərbi yolla həllinin qeyri-mümkünlüyünə istinad edir.

Andrey Rudenko deyib: “Çözüm bütün tərəflərin maraqlarını nəzərə alaraq hərtərəfli, siyasi olmalıdır”. 

Check Also

Yanvarda əsgərliyə gedənlərə VACİB XƏBƏR

Qış aylarında əsgərliyə çağırışın müəyyən çətinliklər yarada biləcəyi barədə fikirlər zaman-zaman gündəmə gəlir. Maraqlıdır, qış …