“Bu konflikt mənim üçün Azərbaycanda heç vaxt yaşamayan biri kimi mənasızdır. Çalışdığım qədər Qarabağ məsələsini müzakirə etmirəm. Mənim çox sayda erməni dostlarım var, bundan başqa nənəm də ermənidir. Bu ümümiyyətlə mənim ailəm üçün ağrılı məsələdir. Çünki, mənim xalam və qohumlarım Bakıda yaşayırlar. Nənəm onları ziyarət etmək üçün, soyadının hətta atasının adını da dəyişdirməyə məcbur olub”.
Boyukmillet.com “Bizim.Media”ya istinadən xəbər verir ki, bu sözləri Ukraynada yaşayan azərbaycanlı iş adamı Vaqif Əliyevin qızı, Natella Krapivina müsahibəsində deyib. Daha sonra “erməni dostları” ilə öyünən Natella sözlərinə belə davam edib:
“İllərdir kağız üzərində olmasa da Qarabağ, Ermənistanın ərazisi sayılıb. Mən düşünürəm ki, vaxtında ikitərəfli razılaşma olsaydi, bu müharibə başlamazdı. Qarabağ hər zaman olduğu kimi muxtar respublika qalardı və ermənilər Qarabağ ətrafında yerləşən 7 rayonu Azərbaycana qaytarardılar. Məsələnin bu cür həlli hər iki tərəf üçün əlverişli olardı. Lakin Paşinyan hakimiyyətə gələn kimi bu razılaşmanı sıfırladı, bundan imtina etdi və Qarabağı birmənalı Ermənistanın torpağı adlandırdı. Bu da qarşı tərəfdə qıcıq yaratdı. O, bunu nəzərə almalı idi”.
Aparıcı daha sonra “Sabah Qarabağ Ermənistanın ərazisi elan olunsa bu sənə təsir etməyəcək?” sualını ünvanlayır.
Milyonçu qızının cavabı o biri sözlərindən heç də fərqlənmir.
“Bu mənim ailəmə təsir edəcək, istəmədən mənim problemimə də çevriləcək. Ancaq soruşsanız ki, bu məsələyə görə kədərlənəcəksiniz, cavab verərəm ki, yox. Çünki mənim üçün bunun bir fərqi yoxdur. Mən ancaq hər iki tərəfdən ölənləri görəndə kədərlənirəm. Mənim burada erməni dostlarım çox olduğuna görə Qarabağ Azərbaycandır deyə bilməyəcəyəm, çünki bu erməni dostlarımın xətrinə dəyə bilər. Mən onlarla uzun müddətdir ki, dostluq edirəm”.
Sonda azərbaycanlılarla ermənilərin xüsiyyətlərindən danışan Natella azərbaycanlıların əhli-kef, ciddi olmayan bir xalq kimi qələmə verib. Öz “erməni dostlarını” isə qədim xalq və güclü iradəyə sahib olduqlarını bildirir.
Görünür nənəsi erməni olan Vaqif Əliyevin qızı erməni varvarlarının Xocalıda azərbaycanlıların başlarına açdığı faciədən də bixəbərdir. Əks halda “erməni dostları” ilə öyünən Natella məsələyə bu prizmadan yanaşmazdı.
Yəqin ki, rusiyalı müğənni Svetlana Lobada ilə qeyri-ənənəvi cinsi münasibətdə olan, onun sevgisi ilə hətta cinsi oriyentasiyasını dəyişmək istəyən Natella Krapivina-Əliyeva üçün azərbaycanlı olmağın heç bir mənəvi dəyəri yoxdur.