Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Bu cənab Prezidentin effektiv xarici siyasət yürütməsinin nəticəsində mümkün olub

BMT Baş Assampleyasının “Koronavirus xəstəliyi (Covid-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qəbul etdiyi qətnamə birmənalı şəkildə ölkəmizin uğuru kimi qiymətləndirilməlidir. Bu cənab Prezidentin effektiv xarici siyasət yürütməsinin nəticəsində mümkün olub. Xatırlayırsınızsa, məhz Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş 31-ci xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etmişdi.
Sevindirici haldır ki, dövlət başçımızın bu təşəbbüsünü istər BMT-yə, istərsə də QH-na (Qoşulmama Hərəkatı) üzv olan ölkələrin əksəriyyəti dəstəkləyib. Beləliklə, Azərbaycan Respubikasının Prezidenti tərəfindən QH-nın üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunmuş, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyası bu ilin 3-4 dekabr tarixləridə keçiriləcək. Bu mühüm tədbirin açılış hissəsində BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlüksizlik Şurasının Prezidenti ilə yanaşı, heç şübhəsiz ki, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də çıxışı nəzərdə tutulur. İnşAllah ümid edirik ki, cənab Prezident bu mötəbər tədbirdə Azərbaycanın həm ölkə daxilində, həm də bütün dünyada COVİD-19 pandemiyasının ağır nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işləri və verdiyi töhfələri qürur hissilə qeyd edəcək, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi istiqamətində daha bir tarixi uğura imza atmış olacaq.
Yeri gəlmişkən, Covid-19 hansısa bir ölkənin təkbaşına mübarizə apara biləcəyi lokal tibbi problem deyil. Koronavirus bütün bəşəriyyəti təhdid edən qlobal təhlükə mənbəyidir. Odur ki, bu təhlükəyə qarşı səmərəli mübarizənin təşkili üçün bütün ölkələrin səylərinin birləşdirilməsi vacib məsələdir. Lakin irili-xırdalı bütün məsələlərdə hər zaman məkrli mövqe tutan, qeyri-adekvat davranış sərgiləyən Ermənistan dövləti koronavirusa qarşı birgə mübarizə çağırışlarına da, BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünə də əcaib münasibət göstərməsi ilə fərqləndi. Ermənistan COVİD-19 infeksiyasına qarşı uğurlu mübarizəni təşkil edə bilmədi. Üstəgəl, bu işğalçı ölkə pandemiyanın tüğyan etdiyi məqamda Azərbaycanın işğal olunmuş ərazilərində separatçı rejimin qondarma “parlament” və “prezident” seçkilərinin keçirilməsini dəstəklədi.
Həmçinin rəsmi İrəvan sözügedən xüsusi sessiyanın çağırılması təşəbbüsünə qarşı da ilk gündən etirazını bildirən ölkə kimi yadda qalıb. Paşinyan hökuməti bu təşəbbüsə maneələr yaratmaq üçün hər cürə vasitələrə əl atdı, lakin məqsədlərinə nail ola bilmədilər. Ermənistan tərəfi xüsusi sessiyanın açılış hissəsində QH sədrinin (yəni ki, Prezident İlham Əliyevin) çıxışının qarşısını almağa da cəhd göstərdi. Lakin gördüyümüz kimi düşmənin bu cəhdi də uğursuzluqla nəticələndi. Dünya birliyi Ermənistanı məyus etdi. Beləliklə, Covid-19 pandemiyası ilə mübarizə aparmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması Azərbaycanın qlobal siyasətdə əsas söz sahiblərindən birinə çevrilməsi prosesini bir qədər də sürətləndirəcək. Biz bu uğura görə Azərbaycan Prezidentini təbrik edirik!


Milli Həmrəylik Partiyasının (MHP) sədri

Boyukmillet.com

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …