Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bir qədər öncə yazdığı tvit-də Xocavənd rayonunun Azıx kəndinin işğaldan azad olunduğuni bildirib.
Boyukmillet.com xəbər verir ki, Azıx kəndinin işğaldan azad olunması həm də həmin yaşayış məntəqəsində yerləşən dünya əhəmiyyətli arxeoloji abidə – ilk insan məskənlərindən biri olan Azıx mağarasının Azərbaycanın nəzarətinə keçməsi deməkdir.
Qeyd edək ki, Ermənistan alimləri bir müddət Xocavənd rayonunun Azıx və Salaketin kəndləri arasında, Quruçay çayının sol sahilində yerləşən Azıx mağarasında qanunsuz tədqiqat işləri apararaq, bu maddi mədəniyyət nümunəsini dünyaya öz abidələri kimi təqdim edirdilər. (modern.az)
Check Also
İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə onu təyin etdi
Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub. Boyukmillet.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı …


Boyukmillet.com Biz yanmasaq vətən yanar
