“İşğal altındakı torpaqlarının və Qarabağın azadlığı münasibətilə dostum İlham Əliyev başda olmaqla, bütün azərbaycanlı qardaşlarımı təbrik edirəm”.
Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan bildirib: “Türkiyə razılaşmanın tətbiqinə nəzarət və monitorinq üçün bölgədə yaradılacaq müştərək sülhməramlı qüvvələrində Rusiya ilə birgə yer alacaq. Atəşkəsə nəzarət və monitorinq üçün yaradacağımız Birgə Türk-Rus Mərkəzi ilə bağlı razılaşma bu səhər imzalanıb. Bu mərkəz Azərbaycanın işğaldan azad olunmuş torpaqları üzərində qurulacaq. Dağlıq Qarabağdakı atəşkəsin pozulmasının qarşısını almağa dair bütün tədbirlər bu mərkəz tərəfindən görüləcək”. (publika.az)