“Atəşkəsə nəzarət mərkəzində Rusiyanın rolu necə olacaqsa, Türkiyənin də rolu elə olacaq”.
Bunu bu gün keçirilən mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.M. Çavuşoğlu deyib ki, sabah Rusiyadan Türkiyəyə gələcək heyətlə birgə işçi qrupu yaradılaraq fəaliyyət prinsipləri müəyyənləşdiriləcək: “Atəşkəsə nəzarət havadan, qurudan həyata keçiriləcək. Türkiyə və Rusiya birlikdə eyni missiyanı yerinə yetirəcək. Qardaş Azərbaycan xalqının da istəyi bu idi. Prezident İlham Əliyev də Türkiyənin rol almasının vacib olduğunu qeyd etmişdi”.
Check Also
Fuad Qəhrəmanlı: Hesab elədim ki, ölkənin xaricində daha rahat mübarizə apara bilərəm
AXCP-nin aparıcı fiqurlarından Fuad Qəhrəmanlı Meydan TV-yə geniş müsahibə verib. O, ölkədən çıxmasının səbəblərindən, AXCP-yə …
Boyukmillet.com Biz yanmasaq vətən yanar