Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Sabiq nazir sülhməramlılarla bağlı FAKT AÇIQLADI

Musavat TV və “Azadliq” radiosundakı çıxışlarımdan sonra müsbət şərhlərlə bərabər, bir çox mənfi şərhlər də gəldi ki, bunların da bir hissəsi müxalifət liderlərindən birinə işləyən trollar şəbəkəsi tərəfindən yazılmışdı.

Bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, həmin şərhlərdə Zülfürarovun təhqir olunması ilə bərabər, “Vətənin satılması”, Prezident Elçibəyin rus qoşunlarını ölkədən çıxardıqdan sonra Rusiya qoşunlarının yenidən Azərbaycana qaytarılması və buna bənzər bir çox standart və xarakterik şablon fikirlər irəli sürülüb:

“Ona görə erməni qoşunlarının Kəlbəcərdən çıxarıldığı günlərdə bir sıra hadisələri xatırlatmaq istərdim. Həmçinin deməliyəm ki, həmin dövrdə danışıqlarda mənimlə bərabər rəhmətlik Vəfa Quluzadə və Birinci vitse-prezidentin köməkçisi, səfir Elçin Əmirbəyov iştirak edirdi. Yəni özünü Prezident Elçibəyin ideyalarının varisləri kimi təqdim edənlərin o zaman danışıqlarda heç bir iştirakı olmayıb.

Yəqin, bilməyənlər üçün xatırlatmaq lazımdır ki, Vəfa müəllim və Elçibəy tələbə illərindən çox yaxın dost olublar. Beləliklə, 1992-1993-cü ilin qışında vəziyyət gərginləşdi və aydın oldu ki, Rusiya istiqamətində, o cümlədən bu ölkənin sülhməramlı əməliyyatda mümkün iştirakının genişləndirilməsi baxımından ciddi diplomatik addımlar atılmalıdır. Bu məqsədlə Pənah Hüseynov, o cümlədən Azərbaycanın Rusiyadakı səfiri Hikmət Hacızadənin də təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Kozırevlə görüşmək üçün Moskvaya yollandı. Mən də həmin səfərdə iştirak edirdim… Danışıqlar nəticəsiz bitdi və bir az sonra Kəlbəcər rayonunun işğalı baş verdi.

Beləliklə, indiki vəziyyət tamamilə əksinədir. Bunu xüsusilə siyasi möhtəkirlər üçün yazdım ki, onlar məni yeni xatırlatmalara təhrik etməsinlər”.

Check Also

Sabirabadda doğuş zamanı ana ölümü: “Qızımın evini Gültac həkim yıxdı”

Ailə həkimi günahlandırır, TƏBİB məsələnin araşdırıldığını deyir Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Regional Perinatal …