Bazar ertəsi , 5 May 2025
Drone Cameras

Abşeronda sexdə partlayış olub, xəsarət alanlar var

Abşeronda sexdə partlayış qeydə alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Novxanı yolu, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir beton konstruksiya emalı sexində baş verib.

Belə ki, sexdə yanğınla nəticələn partlayış olub.

Əraziyə FHN-in əməkdaşları cəlb edilib və yanğın söndürülüb.

Hadisə nəticəsində xəsarət alanlar da var.

Check Also

İrandan Azərbaycana 25 kq narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 25 kq narkotikin keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …