Virusoloqlar koronavirus testinin nəticəsinin səhv çıxmaq riskini azaltmaq üçün hansı qaydalara riayət edilməli olduğunu bildiriblər.
Boyukmillet.com RBK-ya istinadən xəbər verir ki, ən yüksək kateqoriyalı həkim-terapevt Tatyana Romaşenko testdən əvvəl qida qəbul etməməyin və ağızı antiseptik məhlulla yaxalamamağın zəruri olduğunu vurğulayıb.
Rusiya Xalqlar Dostluğu Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Qalina Kojevnikova isə xəstənin başqa addımlarının da COVID-19 testinin nəticəsinin yanlış olmasına təsir edə biləcəyini açıqlayıb.
“Üç saat ərzində insan nə içməli, nə siqaret çəkməli, nə də dişlərini fırçalamalıdır”, – virusoloq xəbərdar edib.
Biologiya elmləri doktoru, Moskva Dövlət Universitetinin professoru Aleksey Aranovski qeyd edib ki, nümunələrin hazırlanma keyfiyyətinin özü də test nəticələrinə təsir edə bilər.