Türkiyənin Aralıq dənizinin şərqində üzən gəmisinə Almaniya hərbçiləri hücum edib.
Boyukmillet.com xəbər verir ki, məlumatı “Haber7” yayıb.
Bildirilib ki, Almaniya hərbçiləri beynəlxalq hüquqa zidd olaraq Türkiyə nişanlı gəmini saatlarla Aralıq dənizinin şərqində saxlayıb.
Məlumata görə, humanitar yardım materialları daşıyan Türkiyə bayraqlı ROSELINA-A2 gəmisi İstanbuldan Liviyaya humanitar yüklə yola düşüb. Noyabrın 22-də gecə saatlarında gəmi Yunanıstan Hərbi Dəniz Qüvvələri komandirinin rəhbərliyi altında, İrini əməliyyatında beynəlxalq hüquqa zidd olaraq Peloponnesdə Almaniya kateri tərəfindən dayandırılıb.
Dəniz nəqliyyatı hüququna əsasən, gəmiyə başqa bir dövlətin hərbçisi çıxa, bayraq olan dövlətin icazəsi olmadan gəmidə yoxlama apara bilməz.
Gəmidə humanitar yardım məhsulları, o cümlədən biskvit kimi qida, boya kimi maddələr olub.