Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Paşinyanın lənəti: Kəlbəcər Monte Melkonyanın doğum günündə Azərbaycana qaytarılır

Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycanın nəzarətinə keçəcək. Sabah oraya Azərbaycan qoşunları daxil olacaq. Görünür, azərbaycanlılar bu günü təsadüfən seçməyiblər.

Boyukmillet.com  erməni KİV-inə istinadən bildirir ki, tanınmış erməni generalı Yuri Xaçaturovun oğlu İqor Xaçaturovun Ermənistanın baş naziri Nikol Paşinyana yazdığı açıq məktubda belə deyilir.

İ.Xaçaturov qeyd edir ki, noyabrın 25-də Livan əsilli məşhur erməni terrorçusu Monte Melkonyanın doğum günüdür. Melkonyan 1993-cü ildə Kəlbəcər rayonunun işğalı əməliyyatına komandanlıq etmiş erməni komandirlərindən biri idi. Həqiqətən də, sosial şəbəkədə Monte Melkonyanın başçılıq etdiyi erməni başkəsənlərinin bir qrupunun dinc azərbaycanlılara kinayə ilə müraciət edərək, Kəlbəcəri bir neçə saat ərzundə tərk etməyi tələb etdiyi videokadrlar mövcuddur.

“O dünyada səni Monte qarşılayacaq və soruşacaq ki, sən erməni tarixinin sonuncu səhifəsini çevirən həmin eşşəksən?” – deyə Xaçaturov N.Paşinyana məktubunda yazıb.

İqor Xaçaturovun məktubu Kəlbəcər rayonunun bütün Qarabağ üçün hansı strateji rola malik olması barədə nümunələrlə doludur.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …