Bazar , 28 Aprel 2024
Drone Cameras

“Bir gecə qəflətən gələ bilərik”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şimali İraq Kürd Muxtariyyatındakı müstəqillik referendumu ilə bağlı sərt bəyanat verib.

Ərdoğan sərhəd xəttində ancaq İraq tərəfə keçmək üçün icazə olduğunu bildirib.

Türkiyə lideri deyib: “Görək bundan sonra Şimali İraq nefti hansı kanallar vasitəsilə satacaq. Krantı bağlasaq o iş bitər. PKK orada dövlət quracaq.

Bunların hamısı onlar üçün sadəcə bir yuxu. Bir gecə qəflətən gələ bilərik, gələrik. İstifadə etməkdən çəkinmədiyimiz bütün versiyalar masadadır”.

Ərdoğan qeyd edib ki, hazırda Şimali İraq Kürd Muxtariyyatını Netanyahudan başqa tanıyan yoxdur: “Yerli hakimiyyəti tanıyan tək ölkə İsraildir. Bundan vaz keçsin. PKK orada dövlət quracaq. Bu bir yuxudur. Bir gecə qəflətən gələ bilərik. Serablus, Əl-Bab, Raini İŞİD terrorçularından necə təmislədiksə, İraqda da bu addımları ata bilərik”.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir