Cümə axşamı , 12 Fevral 2026
Drone Cameras

Paşinyanın avtomobilinə yumurta atan etirazçı: Nikol, sən satqınsan, istefa ver

Ermənistan vətəndaşlarından biri ölkənin baş naziri Nikol Paşinyanın avtomobilinə yumurta atıb.

Bu barədə Boyukmillet.com  “Mediaport” teleqram kanalına istinadən bildirir.

Qeyd edilir ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs polislərə bildirib ki, bu hərəkəti ilə baş nazir Nikol Paşinyanın satqınlığı ilə razılaşmadığını ifadə edib və onun təcili istefasını tələb edir.

Hadisə ilə bağlı açıqlama verən Ermənistan polisi Paşinyana yumurta atmış şəxsin buraxıldığını qeyd edib.

Qeyd edək ki, son günlər Ermənistanda artan kütləvi etirazlarla əlaqədar Paşinyanın şəxsi mühafizəsi gücləndirilib, cangüdənlərin sayı artırılıb. Bununla yanaşı, baş nazirin kortecinin hərəkət etdiyi küçələr bağlanır.

Check Also

“Onlar Ramiz Mehdiyevdən danışmağa bu səbəbdən qorxurlar”- Sabiq deputatdan sensasion MÜSAHİBƏ

Milli Məclisin sabiq deputatı, Naftalan şəhər icra hakimiyyətinin sabiq başçısı, məşhur YAP üzvü Musa Musayev …