Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanda daha 3 942 nəfər COVID-19-a yoluxub, 37 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 3 942 yeni yoluxma faktı qeydə alınıb, 2 265 nəfər sağalaraq evə buraxılıb.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, analiz nümunələri müsbət çıxan daha 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 129 544 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan79 162 nəfər müalicə olunaraq sağalıb, 1 470 nəfər vəfat edib, aktiv xəstə sayı 48 912 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 411, bu günə qədər isə ümumilikdə 1 763 609 test icra olunub.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …