Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İtaliyada koronavirus peyvəndi pulsuz və könüllü olacaq

İtaliya hökuməti koronavirusla bağlı kütləvi peyvəndləmənin pulsuz və könüllü əsasla keçiriləcək.

Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, səhiyyə naziri Roberto Speranza parlamentdəki çıxışı zamanı gələn il həyata keçiriləcək peyvənd proqramında səhiyyə işçiləri və yaşlılara üstünlük veriləcəyini də qeyd edib.

Nazir yanvar ayında “Pfizer” və “BioNTech” şirkətlərindən 8,7 milyon, “Moderna” şirkətindən 1,3 milyon doza alacaqlarını, bütövlükdə müxtəlif şirkətlərdən 202 milyon peyvənd dozasını əldə etmək niyyətində olduqlarını dilə gətirib.

Qeyd edək ki, fevral ayından bu yana koronavirus epidemiyası ilə üzləşən İtaliyada indiyədək 1,62 milyon insan yoluxub, bunların 56 361 nəfəri dünyasını dəyişib.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …