Cümə , 3 May 2024
Drone Cameras

Naxçıvanda Vətən müharibəsində şəhid olanların xatirəsi anılıb

Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində və rayon mərkəzlərində də Vətən müharibəsində şəhid olan igid oğullarımızın ruhuna hörmət əlaməti olaraq onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, saat 12:00-da piyadaların, avtomobillərin və qatarların hərəkəti dayandırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bu gün saat 12:00-da bir dəqiqəlik sükutla yad edilməsi haqqında Sərəncam imzalayıb. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 min 783 nəfər hərbi qulluqçusu şəhid olub.
Azərbaycan xalqı Vətənin bütövlüyü, birliyi uğrunda canından keçən, əzəli və əbədi Azərbaycan torpaqları olan Qarabağı mənfur düşməndən azad edən qəhrəman oğullarını heç vaxt unutmayacaq. Allah bütün şəhidlərimizə – Şanlı Vətən tariximizin haqq savaşçılarına rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …