Bazar , 19 May 2024
Drone Cameras

Sarqsyan Paşinyanı təhqir etdi: “Sən alnına satqın yazılan qorxaq rəhbərsən

“Sən öz vəzifə kreslonun xatirinə müharibəni uduzan ləyaqətsiz, alnına satqın yapışdırılan qorxaq rəhbərsən”.

Boyukmillet.com  “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan baş nazir Nikol Paşinyana cavabında bildirib.

O, N.Paşinyanı Azərbaycan qarşısında məğlub olmaqda qınayaraq onu vətən xaini adlandırıb.

Qeyd edək ki, dekabrın 5-də Nikol Paşinyan müxalifətin ona qarşı irəli sürdüyü ittihamlara canlı yayımda cavab verib. O bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Ermənistan hakimiyyətinin şifahi olaraq əraziləri qaytaracağı vədi verildikdən sonra dayandırılıb.

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …